27 dekabr 2016, 15:30

Fəxrəddin Qaçabəyovdan, Qusar, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin göstərişiniz əsasında Tarif Şurasının elektrik enerjisi və təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi haqqında 28 noyabr 2016-cı il tarixli Qərara yenidən baxılması və güzəştli limitlərin artırılması respublikamızın şimal bölgəsində yaşayan qusarlıları daha çox sevindirdi. Hazırda havaların çox soyuq keçdiyini nəzərə alsaq, mavi yanacaq və elektrik enerjisi tariflərinin ödənilməsində güzəştli hissəsinin  artırılması haqqında qəbul edilmiş qərar Sizin bizə olan diqqətiniz və qayğınız kimi qəbul edirik.

Cənab Prezident, Sizin rəhbərliyiniz altıda görülmüş və bundan sonra görüləcək işlər insanların sosial rifah halının yaxşılaşmasına hesablanıb. Biz bu işləri yüksək qiymətləndirir və Sizə “Çox sağ olun” deyirik.

Rayon ağsaqqalları adından dərin hörmət və ehtiramla,

Qaçabəyov Fəxrəddin.

Azərbaycan Respublikası, Qusar rayonu.