27 dekabr 2016, 15:20

Alik Şərifovdan, Qusar, Azərbaycan

Möhtərəm Prezident,

Sizin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqın rifahının yüksəlməsinə yönələn daxili və xarici siyasətinizin uğurlu nəticələri hamımızı ürəkdən sevindirir.

Respublikamızın hər bir bölgəsində olduğu kimi, Qusar rayonunda həyata keçirilən layihələr, o cümlədən kəndimizi rayon mərkəzi ilə birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun yenidən qurulması kənd sakinlərinə bir töhfə oldu. Sizin diqqət və qayğınız nəticəsində əhali tərəfindən istifadə olunan elektrik enerjisi və qazın güzəştli limitin artırılması xalqın rifahının yüksəldilməsinə yönələn tədbirlərdən biridir.

Çox hörmətli Prezident, Sizə doğma respublikamızın inkişafı, tərəqqisi naminə fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayır, bizə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Şərifov Alik Seyfəli oğlu.

Azərbaycan Respublikası, Qusar rayonu, İmamqulukənd kəndi.