13:44
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.
25 aprel 2024, 13:44Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
İcazə verin, doğum gününüz münasibətilə Sizə rifah, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzularımı ifadə edim. Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin davam etdirilməsi və gələcək inkişafı naminə gördüyünüz işlərə görə Sizə səmimi təşəkkürlərimi bildirirəm.
Sizinlə tanışlıq və ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi, eyni zamanda, əhəmiyyətli regional və qlobal məsələlərlə bağlı Zati-alinizlə birlikdə çalışmaq mənim üçün şərəf və imtiyazdır. Ümid edirəm ki, tezliklə Sizi Bosniya və Herseqovinada salamlamaq üçün imkan yaranacaqdır.
Gələcək illərdə Sizə böyük nailiyyətlər arzu edirəm.
Səmimiyyətlə,
Mladen İvaniç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.
25 aprel 2024, 13:44Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.
25 aprel 2024, 13:19Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:06