27 dekabr 2016, 14:00

Azər Əzizov və Mirzəxan Nəcəfovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz Azərbaycan xalqının xilaskarı, ulu öndərimiz Heydər Əliyevin irsinin layiqli davamçısı olaraq respublikamızın sosial-iqtisadi inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına həmişə xüsusi önəm vermisiniz. Bir neçə gün bundan əvvəl irəli sürdüyünüz növbəti təşəbbüsünüz də bizim ürəyimizcə oldu. Tarif Şurasına verdiyiniz tapşırıq əsasında elektrik enerjisinin və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin artırılması kəndimizin sadə və zəhmətkeş insanları tərəfindən böyük minnətdarlıqla qarşılandı.

Cənab Prezident, bu xeyirxah addımınıza görə kəndimizin bütün sakinləri adından Sizə təşəkkürümüzü bildirir, Ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı diləyirik.

Hörmətlə,

Əzizov Azər

Nəcəfov Mirzəxan.

Azərbaycan Respublikası, Salyan rayonu, Yenikənd kəndi.