27 dekabr 2016, 13:00

Səyyar Rəhimovdan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızda biz gənclərə yaratdığınız şəraitə görə şəxsən öz adımdan, rayonumuzun gəncləri adından Sizə təşəkkürümüzü bildirmək istəyirik. 

Cənab Prezident, Sizin apardığınız daxili və xarici siyasətinizi yaxından izləyirəm. Siz uğurlu siyasətiniz sayəsində ölkəmizi dünyanın digər dövlətlərində gedən mənfi proseslərdən, müharibələrdən, terror hadisələrindən və digər qalmaqallardan uzaq tutursunuz. Buna görə Sizə minnətdarlığımızı bildirirəm.

Dərin hörmətlə,

Rəhimov Səyyar İdris oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu.