26 dekabr 2016, 21:30

Həqiqət Miriyeva və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakinləri Sizin daxili və xarici siyasətinizi bəyənir və hər zaman dəstəkləyirlər. Ulu öndərimiz Heydər Əliyevin vaxtilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözləri bu gün özünü tam doğruldur. Respublikamız gündən-günə inkişaf edir, güclənir.

Möhtərəm Prezident, elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin artırılması barədə bu günlərdə verdiyiniz tapşırıq aztəminatlı ailələrə qayğının həmişə Sizin diqqətinizin mərkəzində olmasının təzahürüdür.

Buna görə ailəm və qəsəbəmizin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Çox şadıq ki, bu günümüz və gələcəyimiz etibarlı əllərdədir.

Hörmətlə,

Miriyeva Həqiqət Seyfi qızı

Qəribova Sevda Əlibala qızı

Qəniyeva Gülxanım Məcid qızı

Əsədova Aytac Cahid qızı və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi.