26 dekabr 2016, 21:00

Nazim Səlimovdan, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən limitin artırılması barədə Tarif Şurasına verdiyiniz tapşırıq Yardımlı rayonunun Zevin kəndinin əhalisini də çox sevindirdi. Atdığınız bu humanist addım aztəminatlı ailələrə böyük kömək oldu.

Hörmətli cənab Prezident, buna görə bütün kənd sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək qarşıdan gələn Yeni il münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, uğurlar arzulayıram.

Hörmətlə,

Səlimov Nazim Güləli oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Zevin kəndi.