26 dekabr 2016, 20:30

Ənvər Kərimovdan, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tərəfinizdən aztəminatlı ailələrə göstərilən diqqət və qayğının nəticəsi olaraq təbii qazın və elektrik enerjisi tariflərinin tənzimlənməsinə yenidən baxıldı və elektrik enerjisinin aylıq limiti 300 kilovat-saat, təbii qazın illik istehlak limiti 1700 kubmetr qəbul edildi.

Bu humanist addımınıza görə rayonun veteranları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlətimizin daha da inkişafı yolunda fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Kərimov Ənvər, Müharibə və Əmək Veteranları Şurasının Zaqatala rayon təşkilatının sədri   

Azərbaycan Respublikası, Zaqatala rayonu.