26 dekabr 2016, 20:00

Q.Nəcəfovdan, Siyəzən, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tərəfinizdən əhalinin istehlak etdiyi elektrik enerjisi və mavi yanacağına qoyulmuş limitin artırılması aztəminatlı əhalinin sosial müdafiəsinə hesablanmış bir addımdır. Sizin bu göstərişiniz respublikamızın hər bir vətəndaşı kimi, biz Siyəzən rayon ağsaqqallarını da ürəkdən sevindirdi. Ona görə də Sizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, Vətənimizin inkişafı naminə çətin və məsuliyyətli işlərinizdə Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzu edirik.

Dərin hörmətlə,

Nəcəfov Q.

Azərbaycan Respublikası, Siyəzən rayonu.