26 dekabr 2016, 19:00

Balaxanım Eyvazova və başqalarından, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident,

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Tarif Şurasına verdiyiniz tapşırıq əsasında elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən limitin artırılması hər zaman olduğu kimi, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. Biz bu qərarı çox müsbət qarşılayırıq. Sadə vətəndaşların mənafeyinə xidmət edən bu addım davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində görülən işlərin mühüm bir mərhələsidir.

Cənab Prezident, bu sevinci bizə bəxş etdiyinizə, vətəndaşlara göstərdiyiniz yüksək diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Eyvazova Balaxanım Balamirzə qızı, şəhid anası

Mədətov Macir Feyruz oğlu, şəhid atası

Bünyatova Nəzabacı Fərhad qızı.

Azərbaycan Respublikası, Lerik rayonu, Cəngəmiran kəndi.