26 dekabr 2016, 17:00

Kamal Carçıyevdən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident,

Qazax rayonuna göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkürümü bildirirəm. Doğma rayonumuzda aparılan quruculuq işləri, o cümlədən yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, divarların boyanması, yolların təmir edilməsi və yüksək səviyyədə asfaltlaşdırılması hər birimizi qəlbdən sevindirir.

Cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Carçıyev Kamal Azər oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu.