26 dekabr 2016, 16:50

Aftandil Məlikov və başqalarından, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin şərəfli həyat məktəbiniz, respublikamızın, eləcə də regionların problemlərini həll etmək bacarığınız xalqımıza yaxşı bəllidir. Ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin yaşadığımız Salyan rayonunun simasında şahidi oluruq. Bu işlər 2016-cı ildə də davam etdirilib. Şəhər mərkəzi ilə Babazanlı qəsəbəsini birləşdirən, Kür çayı üzərində körpünün tikilməsi, yerli sakinlərin ekoloji  təmiz içməli su ilə təmin edilməsi, küçələrin asfaltlaşdırılması, abadlaşdırılması və işıqlandırılması, yeni evlərin qazlaşdırılması Sizin salyanlılara olan xüsusi qayğınızdır.

Hörmətli cənab Prezident, bu qayğıkeş münasibətinizə görə rayonumuzun ziyalıları, ağsaqqalları, ümumilikdə bütün sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Əmin ola bilərsiniz ki, bütün salyanlılar Sizin siyasətinizin uğurla həyata keçirilməsində hər zaman fəal iştirak edəcəklər.

Hörmətlə,

Məlikov Aftandil

Hacıyev Elman

Zeynalov Xəyalət

Hüseynağa Həsənov  və başqaları (cəmi: 109 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu.