26 dekabr 2016, 16:30

Taleh Salehov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz – İsmayıllı rayon gəncləri həyata keçirdiyiniz uğurlu gənclər və idman siyasətinizin bəhrələrindən faydalanırıq. Azərbaycan gəncliyinin inkişafına yönələn sərəncamlarınız, tapşırıq və tövsiyələrimiz bizə maraqlı və təminatlı bir həyat bəxş edir.

Qaz və elektrik enerjisi istifadəçiləri üçün tətbiq edilən limitin Sizin tapşırığınıza əsasən Tarif Şurası tərəfindən artırılmasını da insanlara qayğınız kimi qəbul edirik. Hər bir qərarınız sosial həyatımızın daha da yaxşılaşmasına xidmət edir.

Cənab Prezident, bütün bunlara görə İsmayıllı gəncləri və idmançıları adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Salehov Taleh

Həsənov Anar

Ağazadə Qönçə

Hümbətov Tofiq

Şəfaqətov Əkbər

Səlimli Gülər

Mirzəliyev Rəşid

Bağırova Samirə

Əzizov Səbuhi və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.