24 dekabr 2016, 17:45

Rəsul Kazımov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan bu gün müstəqilliyinin şərəfli dövrünü yaşayır. Məhz Sizin rəhbərliyiniz və həyata keçirdiyiniz siyasətinizin nəticəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi istiqamətində görülən işlər, qeyri-neft sektorunun inkişaf etdirilməsi, müxtəlif sənaye parklarının yaradılması bizi çox sevindirir.

Hörmətli cənab Prezident, bizim Göyçay rayonunun dindarları arasında çox yaxşı nümunəvi münasibət var. Bunun əsas səbəbi Sizin ölkəmizdə multikultural dəyərlərə yetirdiyiniz böyük diqqətdir. Sizə söz veririk ki, bu nümunəvi vəhdəti daim qoruyacaq, milli-mənəvi və dini dəyərlərimizi üstün tutacağıq. Sizi sevir və apardığınız siyasəti dəstəkləyirik.

Hörmətlə,

Kazımov Rəsul Cavad oğlu

Rəhimov Ramin Vaqif oğlu

Qasımov Rövşən Paşa oğlu

İsgəndərov Ramin Firudin oğlu və başqaları (cəmi 16 nəfər).

Azərbaycan Respublikası, Göyçay rayonu.