24 dekabr 2016, 17:15

Abbas Abbasovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Bizim Qapanlı kəndi mənfur ermənilərlə çox yaxın məsafədə yerləşir. Aprel hadisələri zamanı kənddə bir neçə ev dağılmışdı ki, onlardan biri də mənim evim idi. O çətin, dəhşətli vəziyyətdə həyatınızı təhlükəyə ataraq Mehriban xanımla birlikdə kəndimizə və şəxsən bizim evə gəlməyiniz bütün əzab-əziyyətlərimizi unutdurdu, bizi ruhlandırdı, yaşamaq eşqimizi artırdı. Kənddə dağılmış bütün evlər Sizin göstərişinizlə təmir edilərək öz sahiblərinə təhvil verildi.

Əziz Prezidentimiz, Sizin kimi əzmkar, dəyanətli, prinsipial, dərin siyasi düşüncəyə malik Prezidenti olan xalq heç nədən qorxmamalıdır. Bizə göstərdiyiniz qayğıya görə ailəmiz və kəndimizin sakinləri adından Sizə və Mehriban xanıma dərin təşəkkürümü, minnətdarlığımı bildirir, həyatda ən gözəl nemət olan cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Allah Sizi qorusun. 

Hörmətlə,

Abbasov Abbas.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qapanlı kəndi.