24 dekabr 2016, 17:00

Gözəl Osmanova və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz - bir qrup İsmayıllı ağsaqqalı və ağbirçəyi gənclərlə birgə dekabrın 23-də Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan xalqının taleyi möhkəm əllərdədir” mövzusunda “Heydər Əliyev idarəetmə məktəbi” adlı məşğələdə iştirak etdik. Burada öyrəndik ki, Sizin tapşırığınıza əsasən əhaliyə satılan qaza və elektrik enerjisinə tətbiq edilən limit artırılıb. Bu, bir daha göstərir ki, Siz daim xalqın yanındasınız, xalq da Sizi dəstəkləyir.

Cənab Prezident, 2003-cü ildə dediyiniz kimi, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Bu qayğınıza, diqqətinizə və mərhəmətinizə görə Sizə ürəkdən minnətdarıq.

Hörmətlə,

Osmanova Gözəl

Əhmədova Şəmsiyyə

Bəşirov Fərman

Orucov Rizvan

Hacıyev Cümşüd

Əzizov Abduləziz

Osmanov Qəhrəman

Şirəliyev Şahmurad

İsayeva Həcər.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.