24 dekabr 2016, 16:00

Qənimət Əliyevdən, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkə vətəndaşlarının, o cümlədən qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün Tarif Şurasının qərarına düzəliş edərək elektrik enerjisi və qaz təchizatı ilə bağlı limit həddinin artırılması barədə qərarınızı böyük sevinc hissi ilə qarşıladıq. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə Azərbaycan xalqının rifah halının yüksəldilməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əliyev Qənimət Eldar oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.