23 dekabr 2016, 15:10

Həsən Həsənovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin sayənizdə bu gün Sumqayıt gözəl çağlarını yaşayır. Şəhərimizin giriş qapısından başlayaraq demək olar ki, bütün hissələrini əhatə edən quruculuq işləri yerli sakinlərdə xoş ovqat yaradıb. Küçələrin əsaslı təmiri və genişləndirilməsi, dənizkənarı bulvarın və şəhər çimərliyinin mükəmməl tərtibatda yenidən qurulması, yaşıllıqların salınması və çoxlu sayda ağacların əkilməsi, uşaq incəsənət və şahmat məktəblərinin, digər sosial-ictimai binaların tikilməsi şəhərimizə gözoxşayan mənzərə bəxş edib.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında görülən tədbirlər nəticəsində Sumqayıt böyüyür və inkişaf edir. Əminliklə deyə bilərik ki, Sumqayıtda bu günə qədər görülmüş və bundan sonra görüləcək işlər insanların sosial rifah halının yaxşılaşdırılmasına hesablanıb. Möhtəşəm layihələrin icrası sayəsində Sumqayıt regionda aparıcı sənaye mərkəzlərindən, ekoloji cəhətdən təmiz və  gözəl şəhərlərdən birinə çevriləcəkdir. Biz bu işləri yüksək qiymətləndirir və Sizə “çox sağ olun” deyirik.

Hörmətlə,

Həsənov Həsən Bəxtiyar oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 13-cü mikrorayon.