23 dekabr 2016, 15:00

Bilal Rəsulov və başqalarından, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident,

Hələ sovet dövründən kəndimizin 300 hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsində çətinliklər var idi. Bu səbəbdən də həmin torpaqların əkib-becərilməsi kənd zəhmətkeşlərinə əziyyət verirdi. Kənd sakinlərinin Sizə müraciətindən sonra həmin ərazidə nasos quraşdırıldı, su boruları çəkildi və pay torpaqlarımız su ilə təmin edildi. Suvarma suyu ilə təmin olunmağımız bizi – torpağa bağlı insanları daha ürəklə işləməyə həvəsləndirib.

Əziz Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi – ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısını daim dəstəkləyir və hər zaman Sizinlə olduğumuzu bəyan edirik.

Hörmətlə,

Rəsulov Bilal Əliqulu oğlu

Qənbərov Nazim Nüşrəvan oğlu

Abdullayev Məhərrəm Fərman oğlu

Haqverdiyev Möhtərəm Haqverdi oğlu

Tağıyev Qəşəm Xankişi oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayon, Qaravəlli kəndi.