“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

22 dekabr 2016, 18:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2016-cı il. 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 22 dekabr tarixli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın (bundan sonra - Komissiya) fəaliyyətini tənzimləyir.

1.2. Komissiya “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır.

1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

1.5. Komissiya Bakı şəhərində yerləşir.

2. Komissiyanın vəzifələri

2.1. Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) tələblərinin həyata keçirilməsini təmin etmək;

2.1.2. mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair tədbirlər işləyib hazırlamaq;

2.1.3. aviasiya təhlükəsizliyinin, o cümlədən uçuşların təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı strateji məqsədləri müəyyən etmək;

2.1.4. mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması ilə bağlı onun təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyəti dövlət orqanlarının yerinə yetirəcəkləri qabaqlayıcı əməliyyat tədbirlərinin vaxtında planlaşdırılmasını təşkil etmək;

2.1.5. uçuş vaxtı fövqəladə hadisə baş verdikdə, hava gəmisinin kapitanı tərəfindən düzgün qərarın qəbul edilməsinə və həyata keçirilməsinə kömək etmək;

2.1.6. məxfi məlumatlarla iş qaydasını və onların mühafizəsini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin etmək;

2.1.7. qanunsuz müdaxilə aktları ilə bağlı təhlükə olduqda, Azərbaycan Respublikasının hava limanlarında aviasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməsini təmin etmək;

2.1.8. Dövlət Proqramının icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyi səviyyəsinin müntəzəm monitorinqinin və qiymətləndirilməsinin aparılmasını, uçuşların ümumi təhlükəsizlik səviyyəsinin artırılmasını tələb etmək;

2.1.9. Azərbaycan Respublikasının hava limanlarının ərazisində fövqəladə hadisə baş verdikdə, xarici dövlətə məxsus hava gəmisinin Azərbaycan Respublikasının hüdudlarından kənara buraxılıb-buraxılmaması barədə qərar qəbul etmək;

2.1.10. Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiya haqqında əsasnaməni təsdiq etmək;

2.1.11. Qaydalara uyğun olaraq hava limanlarında yeni tikililərin layihələşdirilməsi və inşası, həmçinin mövcud tikililərin yenidən qurulması zamanı aviasiya təhlükəsizliyi tədbirləri üzrə tələblərə riayət olunmasına nəzarət etmək;

2.1.12. qanunsuz müdaxilə aktları ilə bağlı halların tənzimlənməsi məqsədi ilə İdarələrarası Əməliyyat Qərargahının fəaliyyətinə nəzarət etmək, onun hesabatlarını təhlil etmək;

2.1.13. hava limanı komissiyalarının fəaliyyətinə metodik nəzarəti həyata keçirmək, terror əleyhinə əməliyyatlar zamanı İdarələrarası Əməliyyat Qərargahı ilə qarşılıqlı əməkdaşlıq etmək.

3. Komissiyanın hüquqları

3.1. Komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət orqanlarının qarşılıqlı əlaqədə əməliyyat keçirmələrinin yoxlanılması məqsədi ilə müvafiq təlimlər təşkil etmək və həyata keçirmək;

3.1.2. qanunsuz müdaxilə aktlarına qarşı aidiyyəti qabaqlayıcı tədbirlərin keçirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına tövsiyələr vermək;

3.1.3. yerli şəraiti və aeroportun inkişaf perspektivini nəzərə almaqla, Qaydaların yerinə yetirilməsində iştirak edən dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, aeroportların, hava gəmisi istismarçılarının aviasiya təhlükəsizliyi ilə əlaqədar fəaliyyətini əlaqələndirmək;

3.1.4. digər dövlətlərlə mülki aviasiyanın təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək;

3.1.5. İdarələrarası Əməliyyat Qərargahına tövsiyələr vermək.

4. İdarələrarası Əməliyyat Qərargahı

4.1. Mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün “Təbil planı”na əsasən Komissiya yanında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və Azərbaycan Respublikası daxili işlər nazirinin, Azərbaycan Respublikası müdafiə nazirinin, Azərbaycan Respublikası nəqliyyat nazirinin, Azərbaycan Respublikası səhiyyə nazirinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavinlərinin və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı (bundan sonra - Qərargah) yaradılır.

4.2. Qərargahın tam tərkibini və onun əsasnaməsini Komissiya təsdiq edir.

4.3. Qərargahın katibi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin mülki aviasiyanın fəaliyyətinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölməsinin rəisidir.

4.4. Hava gəmisinin qaçırılması və yaxud mülki aviasiyanın fəaliyyətinə digər qanunsuz müdaxilə aktları zamanı öz funksiyalarını yerinə yetirməsi üçün Qərargaha yer (komanda məntəqəsi) ayrılması və onun müvafiq avadanlıqla təmin edilməsi hava limanının rəhbərliyi tərəfindən həyata keçirilir.

4.5. Terror əleyhinə aparılan əməliyyatlar zamanı Qərargah öz işini “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaradılan “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahı” ilə qarşılıqlı əlaqədə həyata keçirir.

5. Komissiyanın fəaliyyətinin təşkili

5.1. Komissiyanın əsasnaməsi və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

5.2. Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün Katiblik yaradılır. Katibliyin əsasnaməsini Komissiya təsdiq edir.

5.3. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.

5.4. Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş plan əsasında, ildə iki dəfədən az olmayaraq keçirilir. Komissiyanın növbədənkənar iclasları sədrin və yaxud üzvlərin üçdəbirinin tələbi ilə çağırıla bilər.

5.5. Komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab edilir.

5.6. Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.

5.7. Komissiyanın qərarlarının icrası dövlət orqanları və qurumları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları, eləcə də vəzifəli şəxslər üçün məcburidir.

5.8. Komissiyanın iclaslarında və onun cari işində dövlət orqanlarının və qurumlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının mütəxəssisləri də iştirak edə bilərlər.

5.9. Komissiyanın iclasları sədrin və katibin imzaladığı protokolla rəsmiləşdirilir.

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 22 dekabr tarixli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müvafiq sahəyə cavabdeh olan müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının nəqliyyat naziri

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06