22 dekabr 2016, 13:50

Təranə Rəcəbli və başqalarından, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Respublikamızda geniş vüsət alan abadlıq-quruculuq işləri bizim Sumqayıt şəhərində də uğurla həyata keçirilir. Şəhərimizdəki doğum evi də əsaslı təmir olunduqdan sonra istifadəyə verildi. Əmək şəraitimizin xeyli yaxşılaşması əhaliyə daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə zəmin yaradır.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sumqayıt şəhər 1 saylı Doğum Evinin kollektivi adından dərin hörmətlə,

Rəcəbli Təranə

Əliyev Natiq

Süleymanov Elmar.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.