22 dekabr 2016, 13:00

Sayəddin Musayev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Kəndimizin sakinləri neçə illər idi ki, yanacaq sarıdan əziyyət çəkirdilər. Sizin diqqət və qayğınız sayəsində bu çətinliyimiz artıq aradan qaldırılıb. Bu günlərdə kəndimizə qaz xəttinin çəkilişi başa çatdırıldı. Evlərə mavi yanacağın verilməsi insanların həyatına rahatlıq gətirib.

Əziz Prezidentimiz, cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz qayğıya görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Fürsətdən istifadə edərək, qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Tərtərlilər Sizi daim dəstəkləyir, ətrafınızda sıx birləşiblər. Rayonumuza səfəriniz zamanı bizimlə görüşünüzü həyatımızın ən əlamətdar günü kimi xatırlayırıq. Tanrı Sizi və ailənizi qorusun.

Dərin hörmət və ehtiramla,

Musayev Sayəddin

Süleymanov Ələddin

Hüseynova Sürəyyə

İmanova Mədinə və başqaları.

 Azərbaycan Respublikası, Tərtər rayonu, Seydimli kəndi.