20 dekabr 2016, 18:20

Ufuk Ünğandan, Kocaeli, Türkiyə

Hörmətli cənab Prezident,

Türkiyənin Kayseri şəhərində baş vermiş terror hadisəsi zamanı bizə göstərdiyiniz dəstək barədə mətbuatda oxudum. Çətin günlərimizdə həmişə yanımızda olduğunuz üçün Sizə və Azərbaycan xalqına təşəkkür etməyi üzümə borc bildim.

Biz iki ölkənin qardaş xalqlarıyıq. Azərbaycanı qanımızdan qan, canımızdan can bilirik.

Cənab Prezident, ölkənizin xalqı kimi, Türkiyə xalqı da Sizi çox sevir. Sizin varlığınız bizə güc verir. Bir daha Sizə təşəkkür edirəm.

Hörmətlə,

 

Ünğan Ufuk İsmail oğlu

Türkiyə Respublikası, Kocaeli şəhəri.-