16 dekabr 2016, 21:30

Ruslan Orucovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Qarlı iş günündə səhər işə gedərkən gördüyüm mənzərə və Yeni Yasamal qəsəbəsindəki vəziyyət məni çox sevindirdi. Belə ki, yola çıxmazdan əvvəl düşünürdüm ki, yenə qar, buzlu yollar, nəqliyyatın iflic vəziyyəti, bir sözlə, ürək sıxan mənzərə ilə rastlaşacağam. Amma bu gün tam əksini gördüm və özümü vətəndaş olaraq xoş hiss etdim. Yollar açıq idi və yolların buz bağlamasının qarşısının alınması üçün əməli iş gedirdi.

Cənab Prezident, bütün bunlara görə çox sagolun. Sizin sərəncamlarınız, tapşırıq və tövsiyyələriniz uğurla icra olunur. Xalqımızın rahat yaşaması üçün gördüyünüz işlərə görə Sizə minnətdaram.

Hörmətlə,

Orucov Ruslan Bahad oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.