16 dekabr 2016, 21:35

Lamiyə Məmmədovadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident,

Keçmişşöhrətini tamamilə itirmək təhlükəsində olan kurort şəhərimiz Naftalanın siması son bir neçə ildə gözəlləşib, əhalinin həyat səviyyəsi yüksəlib. Sizin təşəbbüsünüzlə Naftalanda yaradılan güclü turizm infrastrukturu nəticəsində şəhərimiz beynəlxalq səviyyədə tanınan kurort mərkəzinə çevrilib.

Siz Naftalana səfəriniz zamanı şəhər ictimaiyyəti ilə görüşünüzdə qeyd etmişdiniz ki, Naftalanın çox böyük tarixi şöhrəti var,biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında hər il buraya 80 minədək turist gəlirdi. Biz son illərdə bu praktikanı bərpa edirik. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki, biz sovet dövründəki səviyyəyə çatmamışıq, ancaq əminəm ki, çatacağıq.

Bəli, Siz şərait yaratdınız ki, Naftalan dünya miqyasında tanınsın və belə də oldu. Artıq Naftalana gələnlər gördüklərinə heyranlıqlarını söyləyərək, özləri qeyd edirlər ki, Naftalan sovet dövründəki görünüşündən də gözəl olub.

Burada Sizin şəxsən iştirakınızla yeni istifadəyə verilən turizm obyektlərində göstərilən yüksək səviyyəli xidmətlər ölkəmizdən və xaricdən çoxlu sayda insanları cəlb edir. Sakinlər işlə təmin olunub. Şəhərimiz məşhurlaşır, tanınır, bir şəfa məkanı kimi bu gün dünyada şöhrət qazanır. Bu da bizi çox sevindirir. Sizin tapşırıqlarınızın uğurlu icrasının nəticəsidir ki, bu il buraya gələnlərin sayı 20 min nəfəri ötüb. Bu isə son beş ildə qeydə alınan ən yüksək göstərici olub. Naftalanın inkişafı ilə bağlı tapşırıq və tövsiyələriniz hamımızın ürəyincədir.

Hörmətlə,

 

Məmmədova Lamiyə Zakir qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri.