16 dekabr 2016, 16:00

Bədrəddin Alıyev və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz evləri təmir olunan İsmayıllı şəhər sakinləri soyuq qış günündə Sizin isti münasibətinizdən qüvvət alaraq fərəhli bir həyat yaşayırıq.

Avqustun 10-da İsmayıllıya səfərinizdən dərhal sonra yaşayış binalarının təmiri üçün pul ayırdınız. Bu, bizə sevinc bəxş etdi, sabahımıza daha böyük inam yaratdı. Ayırdığınız vəsait hesabına yaşayış binaları təmir olunur, lazımlı məişət və yaşayış şəraiti. Təmir işləri yüksək keyfiyyətlə davam etdirilir.

Cənab Prezident, xalqımızın rifahı, ölkəmizin, o cümlədən İsmayıllı rayonunun inkişafına göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Sizə uzun ömür, möhkəm cansağlığı, ailənizə səadət dolu həyat arzulayırıq.

Ərəstun Məmmədov küçəsində evləri təmir olunan bir qrup sakin adından dərin hörmət və ehtiramla,

Dursun Hüseynova

Qəmər Abulova

Fəridə Səfərova

Fuad Tağıyev

Bədrəddin Alıyev

Arzuman Əhmədov.

 

Azərbaycan Respublikası, İsmayılı şəhəri.