E.P.Qasımovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 may 2011, 18:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Eurovision-2011” mahnı müsabiqəsində qazandığı qələbəyə görə Eldar Pərviz oğlu Qasımov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.