08 dekabr 2016, 16:30

Ələddin Nəzərov və Nüşabə Məmmədovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Son vaxtlar istifadəyə verilən ictimai-sosial obyektlər şəhər sakinləri tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə qeyd etmək istəyirik ki, Heydər Əliyev Mərkəzi üçün tikilən yeni bina, şahmat məktəbi, dənizkənarı bulvar bizi valeh edir.

Möhtərəm Prezident, bütün bunlar üçün şəhər sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Hər zaman olduğu kimi, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik.

Hörmətlə,

Nəzərov Ələddin Həsənağa oğlu,

Məmmədova Nüşabə Əvəz qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.