07 dekabr 2016, 10:50

Sahib Şükürov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident,

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən möhkəm dayaqlar üzərində qurulmuş müasir Azərbaycan bu gün müstəqilliyinin şanlı dövrünü yaşayır. Sizin rəhbərliyinizlə aparılan uğurlu siyasət nəticəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Ölkə iqtisadiyyatının dayanaqlılığının formalaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, müxtəlif sənaye parklarının yaradılması, gənclərin işlə təmin olunması istiqamətində atdığınız addımlar biz gəncləri çox sevindirir.

Hörmətli cənab Prezident, respublikamızın bütün bölgələri kimi, Göyçay rayonunda da geniş abadlıq, quruculuq işləri aparılır. Göyçay aqrar rayon olduğu üçün burada kənd təsərrüfatının inkişafı istiqamətində gördüyünüz işlər bizdə də böyük həvəs yaradır. Eyni zamanda, şəhər stadionu çox qısa müddətdə ən müasir üslubda təmir olunaraq biz gənclərin istifadəsinə verildi. Heydər Əliyev Parkının daha da genişləndirilməsi, yerli əhəmiyyətli tarixi abidə olan məsciddə aparılan təmir işləri rayon ictimaiyyətinin hədsiz sevincinə səbəb olub. Rayonumuzun giriş və çıxış qapıları yenilənib, hazırda yol kənarlarında kütləvi ağacəkmə aksiyası həyata keçirilir.

Möhtərəm cənab Prezident, görülən bütün bu işlər sayəsində gənclərimizin rayona və kəndlərə qayıdışı, torpağa bağlılığının artması bizdə böyük ümidlər yaradır. Bütün bunlara görə biz göyçaylı gənclər Sizə minnətdarıq. Hamılıqla Sizi sevir, apardığınız siyasəti dəstəkləyir və ətrafınızda sıx birləşdiyimizi bəyan edirik. 

Hörmətlə,

Şükürov Sahib Yunis oğlu

Rəşidov Qoşqar Ağamirzə oğlu

Nəbiyev Polad Günəş oğlu

Rəhmanova Aynur Vaqif qızı və başqaları (cəmi 30 nəfər).

Azərbaycan Respublikası, Göyçay rayonu.