06 dekabr 2016, 18:00

Yusif Balakişiyev və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Tərtər rayonunda inşa edilən Uşaq-Gənclər Şahmat Məktəbinin açılışında Sizinlə və Mehriban xanımla görüşümüzü heç vaxt unutmayacağıq. Hər birimizlə görüşdünüz, bizə diqqət göstərdiniz. Bu, bizim üçün ən unudulmaz gün, çəkdirdiyimiz xatirə şəkilləri isə ən qiymətli hədiyyədir. Hər birimiz bu şəkli əzizləyir, buna sevinir, qürurlanırıq.

Əziz Prezidentimiz, bir daha gördük ki, Siz də Heydər babamız kimi uşaqları çox sevirsiniz. Bu sevgi qarşılıqlıdır. Biz də Sizi və Mehriban xanımı çox sevirik.

Uşaq-Gənclər Şahmat Məktəbinin şagirdləri adından dərin hörmətlə,

Balakişiyev Yusif

Fətəliyev Fərid

Məmmədov Elşən.

Azərbaycan Respublikası, Tərtər rayonu.