02 dekabr 2016, 19:40

Qaraxan Süleymanovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın son illərdə qazandığı nailiyyətlər, ölkəmizdə keçirilən böyük elmi, mədəni və idman tədbirləri müstəqil respublikamızın dünyada tanıdılmasında mühüm rol oynayır.

Respublikamızın hər bir bölgəsi kimi, Masallı rayonuna göstərdiyiniz diqqət və qayğını bütün masallılar yüksək qiymətləndirir. Yeni açılan “ASAN Həyat” kompleksi rayonumuzun sosial-iqtisadi həyatına öz müsbət təsirini göstərir. Eyni zamanda, kənd təsərrüfatının inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına və məhsul bolluğuna səbəb olmuşdur.

Görülən tədbirlər nəticəsində yaşadığım Köhnə Alvadı kəndi rayonun ən abad kəndlərindən birinə çevrilmişdir. Kəndimizdə qaz, işıq problemi aradan qaldırılmış, yollara asfalt örtüyü çəkilmiş, küçələrdə işıqlandırma sistemi quraşdırılmışdır.

Möhtərəm Prezident, bütün bunlara görə kənd əhalisi adından Sizə öz minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

 

Süleymanov Qaraxan Baba oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndi.