29 noyabr 2016, 12:50

Şahverdi Ağayevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin göstərişinizə və təsdiq etdiyiniz dövlət proqramlarına əsasən Masallı rayonunun bir sıra kəndlərinin, o cümlədən bizim Tiyaqani kəndinin sosial problemləri öz həllini tapıb. Xüsusilə qeyd etmək istəyirik ki, kəndimizə təbii qaz xəttinin çəkilməsi yerli sakinləri ürəkdən sevindirdi.

Hörmətli cənab Prezident, kəndimizin ağsaqqalları, ağbirçəkləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, ziyalıları adından Sizə dərin minnətdarlığımızı bildiririk.  Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xidmət edən uğurlu siyasətinizi dəstəkləyir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Ağayev Şahverdi Mürsəl oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Tiyaqani kəndi.