29 noyabr 2016, 12:15

Məzahir Səmədovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Son illərdə yaşadığımız Zərdab rayonunun Bıçaqçı kəndinin bir sıra problemləri həll olunmuş, insanların güzəranı yaxşılaşdırılmışdır. Bütün bunlar, həmçinin bu yaxınlarda kəndimizə təbii qazın verilməsi bizi hədsiz sevindirmişdir.

Cənab Prezident, bu sevinci bizə Siz bəxş etmisiniz. Göstərilən qayğıya görə Sizə öz təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Səmədov Məzahir

Azərbaycan Respublikası, Zərdab rayonu, Bıçaqçı kəndi.