26 noyabr 2016, 12:45

Vüqar Namazov və başqalarından, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinə görə Sizə təşəkkürümü bildirirəm. Həyata keçirilən bu layihə, xüsusilə rayon məktəblilərinin dünyagörüşünün formalaşmasında, regionlararası əlaqələrin genişlənməsində müstəsna əhəmiyyətə malikdir.

Tur-aksiya zamanı səfər etdiyimiz Qəbələ, Şəki və Zaqatala rayonlarında məktəblilər üçün görülən tədbirlər, o cümlədən onların əyləncəsinin, asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən intellektual yarışlar şagirdlərdə xoş əhval-ruhiyyə, ruh yüksəkliyi yaratdı. Səfərdə olduğumuz bölgələrin bütün gəzib-görməli yerlərinə, qədim, tarixi məkanlarına, müxtəlif istehsal müəssisələrinə, muzey və mərkəzlərə ekskursiyalar nəinki məktəblilərin, eləcə də qrup rəhbəri kimi mənim böyük marağıma səbəb oldu.

Cənab Prezident, rayon məktəbliləri üçün belə şərait və imkan yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Namazov Vüqar

Ocaqova Nuhran

İbrəhimov Heydər

Əliyev Mamed.

Azərbaycan Respublikası, Saatlı rayonu.