10:47
Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.
Dövlət başçısı Leonid Slutskini Rusiya Federasiyası Dövlət Dumasının deputatı və beynəlxalq məsələlər komitəsinin sədri seçilməsi münasibətilə təbrik etdi və Dövlət Dumasının mühüm komitələrindən birinə rəhbər təyin olunmasını ona göstərilən böyük etimad kimi dəyərləndirdi. Leonid Slutskinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri kimi əvvəllər Azərbaycanda dəfələrlə olduğunu vurğulayan Prezident İlham Əliyev onun həmin vəzifədə fəaliyyətinin MDB məkanında parlamentlərarası əməkdaşlığın fəal inkişafı işinə xidmət etdiyini bildirdi. Dövlətimizin başçısı əminliyini ifadə etdi ki, indiki vəzifəsində də Leonid Slutski öz işinin öhdəsindən layiqincə gələcək və Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə bundan sonra da töhfəsini verəcək. Prezident İlham Əliyev Leonid Slutskiyə gələcək fəaliyyətində uğurlar arzuladı.
Xoş sözlərə və təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Leonid Slutski dedi: “Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri qismində ilk xarici səfərimi Azərbaycana etməyim mənim üçün böyük önəm daşıyır. Azərbaycan bütün istiqamətlər üzrə Rusiya Federasiyası üçün həmişə mühüm strateji tərəfdaş olub və olacaq. Bu strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir. Sizin müdrik rəhbərliyiniz ilə ölkəniz son illər MDB məkanından daha geniş miqyasda ən çox inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib”. Leonid Slutski bildirdi ki, ölkəsi Azərbaycanın Rusiya ilə strateji, konstruktiv və effektiv tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönələn xarici siyasət kursunu yüksək qiymətləndirir. Heç bir xarici və daxili opponent ildən-ilə möhkəmlənən münasibətlərimizə xələl gətirə bilməz.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı...
25 aprel 2025, 17:26Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...
25 aprel 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...
25 aprel 2025, 17:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...
25 aprel 2025, 17:20Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...
25 aprel 2025, 17:18PDF yükləyin
25 aprel 2025, 17:16PDF yükləyin
25 aprel 2025, 17:15Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel...
25 aprel 2025, 17:14