16:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8, III kitab, maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə - “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın cədvəlinin “Rəyi tələb olunan dövlət orqanları” sütunundan “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2016-cı il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57