26 oktyabr 2016, 16:00

Aydın Tağızadədən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Ağstafa rayonuna səfərlərinizi, sadə əmək adamları ilə görüşlərinizi, hər bir şəxsin fikirlərini diqqətlə dinləyərək ona münasibət bildirməyinizi fəxrlə xatırlayırıq.

Bu günlərdə Ağstafa rayon təhsil işçilərindən bir neçəsinin dövlət mükafatları ilə təltif edilməsini, 100 illik tarixə malik, rayonun ən böyük məktəbi olan şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı təmiri ilə əlaqədar vəsaitin ayrılması barədə Sərəncamınızı təhsilə və bu sahədə çalışanlara göstərdiyiniz növbəti diqqət və qayğı kimi qəbul edir, buna görə Sizə minnətdarlığımızı bildiririk.

Ağstafa şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi adından dərin hörmətlə,

Tağızadə Aydın İbrahim oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu.