26 oktyabr 2016, 15:50

Pərvanə Orucova və başqalarından, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident,

Qazax rayonunda görülən işlərə görə Ürkməzli kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Bizim kəndin uzun illər içməli su ilə problemi olmuşdur. Artıq kəndimizə, o cümlədən yaşadığımız Yaqublu məhəlləsinə su xətti çəkilib. Həmçinin kəndimizdə yaşayan şəhid ailələrinin evlərində təmir işləri aparılıb, digər problemlərimizin həlli istiqamətində lazımı tədbirlər görülüb.

Cənab Prezident, bütün bunlara görə bir daha Sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycanın inkişafı və əhalinin rifah halının yüksəldilməsi yolunda həyata keçirdiyiniz məqsədyönlü işlərdə uğurlar arzulayırıq.

Hörmətlə,

Orucova Pərvanə

Osmanov Cavad

Məmmədov Nahid

Şükürov Rəfail və başqaları (cəmi: 40 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu, Ürkməzli kəndi.