25 oktyabr 2016, 18:00

Elmira Əhmədova, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son bir ildə Sumqayıt şəhərində abadlıq-quruculuq, tikinti işləri geniş vüsət almışdır. Şəhərimizdə yeni bulvarın yaradılması, Dövlət Dram Teatrının əsaslı təmiri, yaşıllıq zolaqlarının salınması, dördmərtəbəli Heydər Əliyev Mərkəzinin, Uşaq incəsənət və Şahmat məktəblərinin, uşaqlar üçün əyləncə mərkəzlərinin tikilməsi, şəhərin küçə və məhəllələrinin işıqlandırılması, abadlaşdırılması, evlərdə istilik xətlərinin bərpa olunması, bütün uşaq bağçalarının dam örtüyünün təzələnməsi, istilik xətlərinin çəkilməsi bütün sumqayıtlılar kimi, məni də sevindirir. Bütün bunlar Sizin şəhərimizə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Tanrıdan Sizə cansağlığı, Azərbaycanın dünyada tanınması naminə işlərinizdə böyük nailiyyətlər arzulayıram.

 Hörmətlə,

Əhmədova Elmira Hüseyn qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.