25 oktyabr 2016, 12:50

İbrahim Əliyevdən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Ağstafa rayonuna hər bir səfəriniz tarixi hadisədir. Belə xoş gün oktyabrın 19-da bizlərə yenidən qismət oldu. Ağstafalıların böyük səbirsizliklə gözlədikləri həmin gündə Siz şəhərimizdə aparılan yenidənqurma işləri ilə bağlı ətraflı məlumat aldınız, Heydər Əliyev Mərkəzində, rayon Mədəniyyət Evində görülən işlərlə yaxından tanış oldunuz, Musiqi Mərkəzinin açılışını etdiniz, bir neçə sənaye obyektinin təməlini qoydunuz. Ağstafa şəhərində 300-ə yaxın insanın işləyəcəyi “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışı isə rayonda əsl tarixi hadisəyə çevrildi. Bütün bunlar Ağstafanın həyatında yeni inkişaf mərhələsinin başlanğıcından xəbər verir.

Cənab Prezident, mən bütün bunlara görə rayonumuzun ziyalıları, ağsaqqalları və bütün ağstafalılar adından Sizə dərin minnətdarlığımı bildirir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Əliyev İbrahim Məmmədrza oğlu

Azərbaycan Respublikası, Ağstafa rayonu.