19 oktyabr 2016, 15:55

Nərgiz Bayramova və Könül Qarayevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizə təşəkkür etməyi özümüzə borc bilirik. Sakini olduğumuz Sumqayıt şəhərində görülən abadlıq işləri haqqında çox danışa bilərik. Yeni salınan bulvar bütün sumqayıtlıların ürəyincədir. İnsanlar bu ictimai məkanda rahatlıq tapır, Sizin üçün dualar edirlər.

Cənab Prezident, görülən bütün işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq. Daim var olun!

Hörmətlə,

Bayramova Nərgiz Telman qızı

Qarayeva Könül Nadir qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.