19 oktyabr 2016, 15:35

Əmirxan Zeynalovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident,

Apardığınız uğurlu daxili və xarici siyasət hər zaman öz bəhrəsini verib və hazırda da verməkdədir. Sizin iradəniz və qətiyyətiniz sayəsində Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə münasibətlərimiz istənilən səviyyədə inkişaf edir. Azərbaycan-Türkiyə dostluğunun hazırkı səviyyəsinin hər iki dövlət üçün nə qədər əhəmiyyətli olduğu danılmaz faktdır. Bu sahədə Sizin rolunuz əvəzsizdir.

Cənab Prezident, Azərbaycan xalqının referendum aktına səs verərək dəyişiklikləri dəstəkləməsi məhz Sizin uğurlu siyasətinizin nəticəsidir.

Sizə möhkəm cansağlığı, Vətənimizin daha da qüdrətlənməsi və Qarabağımızın işğaldan azad edilməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Zeynalov Əmirxan İsmixan oğlu,

Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu, Güzdək qəsəbəsi.