18 oktyabr 2016, 13:40

Anar Pirməmmədovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirləri alqışlayırıq. Əkinçilər üçün nəzərdə tutulan yeni subsidiyalar bizi çox sevindirdi. Bu addım kənd zəhmətkeşlərinin həvəsini daha da artıracaq, ölkəmizdə böyük ənənələri olan pambıqçılığın sürətlə inkişafına güclü təkan verəcəkdir.

Çox sağ olun, cənab Prezident! Ümumilikdə, ölkəmizdə kənd təsərrüfatının inkişafına verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Pirməmmədov Anar Tofiq oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Xanməmmədli kəndi.