08 oktyabr 2016, 12:30

Ceyran Axundovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Göstərdiyiniz böyük etimada – məni təltif etdiyiniz “Tərəqqi” medalına görə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi və əməkdaşları adından Sizə təşəkkürümü bildirirəm.

Əziz Prezidentimiz,​ öz işimlə bu etimadınızı​​ hər zaman doğrultmağa, faydalı olmağa çalışacağam. 

Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin çiçəklənməsi naminə apardığınız şərəfli işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

Axundova Ceyran. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.