Gerb

07 oktyabr 2016, 20:15

Möhtərəm cənab Prezident,

Sizin doğma şəhərimiz Sumqayıta olan diqqət və qayğınızı biz sumqayıtlılar hər zaman hiss etmişik. Xüsusən də son bir ildə Sizin böyük diqqətiniz sayəsində Sumqayıtın simasının ən gözəl şəkildə dəyişməsi və bir neçə gün öncə şəhərimizə olan möhtəşəm səfəriniz bizləri çox sevindirdi.

Möhtərəm cənab Prezident,

İmzaladığınız Sərəncamla bizlərə verdiyiniz fəxri adlar kiçik işlərimizə böyük qiymətin göstəricisidir. Biz bütün bunlara görə, Sizə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, həmişə olduğu kimi sumqayıtlılar bundan sonra da Sizinlədir.

Hörmətlə,

Rufullayeva Tamara Manaf qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.