16:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 195; 2005, № 11, maddə 1049; 2009, № 9, maddə 713; 2013, № 7, maddə 822; 2015, № 2, maddə 146; 2016, № 4, maddə 711) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı” sözləri “Vergi risklərinin təhlili və nəzarəti” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi” abzası ləğv edilsin.
3. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Auditi və operativ nəzarət idarəsinin rəisi”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr, 2016-cı il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57