04 oktyabr 2016, 14:30

Mikayıl Abdullayevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Şəhərimizdə görülən abadlıq-quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Məhəllədaxili küçələrin abadlaşdırılması, çimərlik zonalarına çəkilmiş yeni yollar, yeni salınmış parklar biz sakinləri sevindirir.  Bu gün biz artıq rahatlıqla deyə bilərik ki, uşaqlarımızın, yaşlı insanlarımızın asudə vaxtlarını keçirə və istirahət edə biləcəkləri gözəl məkanlara sahibik. Məhəllədaxili yollar, parklardakı oturacaqlar təmir edilib, uzun illərdən bəri baxımsız qalan zirzəmilər təmizlənib, şəhər sakinlərinin yaşayışı üçün gözəl şərait yaradılıb.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan və sakinlər adından Sizə təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun!

Hörmətlə,

Abdullayev Mikayıl Sabir oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.