04 oktyabr 2016, 13:30

Sənan Liftiyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Astara rayonunun zəhmət adamları, eləcə də mənim kimi fiziki cəhətdən qüsurlu insanları Sizin sosial yönümlü siyasətinizi həmişə dəstəkləmişlər. Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların müayinə və müalicəsinin lazımi qaydada təşkili ilə bağlı imzaladığınız sənədlərin və verdiyiniz göstərişlərin bəhrəsini görürük.

Cənab Prezident, dövlət tərəfindən bizə təyin olunmuş təqaüddən də razıyıq. Əlil olsaq da, gözəl Qarabağımızı erməni işğalçılarından azad etməyə həmişə hazırıq. Ali Baş Komandan kimi səbirsizliklə əmrinizi gözləyirik.

Hörmətlə,

Liftiyev Sənan Ağaxan oğlu,

II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Astara rayonu, Sərək kəndi.