30 sentyabr 2016, 14:00

Sevinc Muradovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi Sumqayıt və Corat sakinləri adından salamlayır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Şəhərimizə son gəlişiniz həmişəki kimi çox sevinclə qarşılandı. Sumqayıt gözümüz önündə gündən-günə gözəlləşir. Bütün bunlar Sizin bizlərə olan diqqət və qayğınızın nəticəsidir. Dənizkənarı bulvar şəhərimizin göz bəbəyidir. Orada görülən işlərə verdiyiniz yüksək qiymət hamını daha da ruhlandırdı. Bütün işlərinizdə Sizə uğurlar arzulayırıq!

Hörmətlə,

Muradova Sevinc Abuzər qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.