29 sentyabr 2016, 18:25

Ceyran Həmidovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Avropa İttifaqının nümayəndələri ilə qəbul zamanı göstərdiyiniz qətiyyətli mövqeyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi sənəddə yol verdiyi nöqsanları, Azərbaycana qarşı yönələn haqsızlıqları və əsl həqiqətin nədən ibarət olduğunu çox dəqiqliklə qonaqların diqqətinə çatdırdınız.

Möhtərəm Prezident, Sizin sayənizdə Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırılır və xalqımıza qarşı yönələn xain əməllərin qarşısı alınır. Bu yolda Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Ceyran Həmidova

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.